Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev Cənablarına!!

Çoxhörmətli Cənab Prezident,
Ali Baş Komandan!

Sizi Azərbaycan dövlətinin ərazı bütövlüyünün təmin edilməsi, Qarabağın faktiki olaraq ölkəmizin yurisdiksiyasına qaytarılması münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Bu hadisə Rəhbərlik etdiyiniz Azərbaycan ordusunun və xalqının qazandığı böyük bir tarixi Qələbədir və bunun MEMARI Sizsiniz. Cənab Prezident ULU Öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə xalqımız 200 illik bir problemi həll etdi və öz torpaqlarının süverenliyini təmin etdi.



ƏTRAFLI


Az.TOA haqqında

Azərbaycanda tibbin Ortopediya və Travmatoloqiya sahəsində çalışan alimləri və praktiki həkimləri birləşdirən peşə qurumu- Travmatoloq –Ortopedlər Çəmiyyəti hələ keçən əsrin 60-70-ci illərində Bakı ET Travmatologiya və Ortopediya İnstitutu (Bakı ETTOİ) nəzdində mövcud olmuşdur. Bu Cəmiyyət əsasən Bakı ETTOİ, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Travmatologiya-Ortopediya və Hərbi-səhra Cərrahiyyəsi kafedrası (ADTİ T-O və HSC kaf.), Ə.Əliyev adına Həkimləri təkmilləşdirmə İnstitutunun T-O və HSC kafedrasının alim və həkimlərini birləşdirirdi. Cəmiyyətin iclaslarında Azərbaycanın aparıcı Alimlərindən Professorlar Azad İsmaylov, Kamal Məhərrəmov, Rəşid Talışinski, Əliramiz Axundov və bir sıra başqa tanınmış mütəxəssislər məruzələrlə çıxış etmiş öz kliniki təcrubələri ilə praktiki həkimlərlə bölüşmüşlər. Lakin 80-ci illərin axırında Azərbaycandakı mürəkkəb ictimai-siyasi vəziyyət bu Cəmiyyətin fəaliyyətinə son qoymuşdur.

AZƏRBAYCAN ORTOPEDİYASI onlayn internet jurnalı

Təsis etdiyimiz «AZƏRBAYCAN ORTOPEDİYASI – ORTHOPEDİCS OF AZERBAİJAN – ОРТОПЕДИЯ АЗЕРБАЙДЖАНА» onlayn internet jurnalın 5-ci nömrəsi dərc edildi. “Dayaq-hərəkət sisteminin travmalari və degenerativ xəstəliklərində ağri sindromunun müalicəsinə müasir yanaşma” mövzusunda XII Beynəlxalq Elmi-Praktiki Konfrans. ətraflı ...
Jurnal-uzu-5-724x1024
 

KONQRESS


Azərbaycan Ortopedlər və Travmatoloqlar Assosiasiyasının “Dayaq-hərəkət sisteminin travmalari və degenerativ xəstəliklərində ağri sindromunun müalicəsinə müasir yanaşma” mövzusunda XII Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilmişdir. Təbdirdə Az.TOA-nın prezidenti prof. Y.Cəlilov, prof. M.İrismetov (Özbəkistan), prof Ə.Dursunov, prof. Ə.Həmidov, ölkəmizin travmatoloq və ortopedləri ilə yanaşı, xarici ölkələrdən gələn professorlar və həkim heyyəti də iştirak etmişdir.

ətraflı ...

Təbrik məktubları


Az.TOA-ya üzüv ol!

Assosasiyamızda üzüvlüyün sizə verə biləcəyi ustünlüklər, üzvlük qaydaları və şərtləri ilə yaxından tanı ola bilərsiniz.