“Dayaq-hərəkət sisteminin xəstəlikləri və zədələnmələrinin müasir müalicə və reabilitasiya üsulları” mövzusunda 11-ci Beynəlxalq Konqresi

Hörmətli Travmatoloq – Ortopedlər, Neyrocərrahlar və Reabilitoloqlar!
9-10 noyabr 2019 ildə “HYATT REGENCY BAKU” HOTEL
sizi AzTOA-nın
“Dayaq-hərəkət sisteminin xəstəlikləri və zədələnmələrinin müasir müalicə və reabilitasiya üsulları” mövzusunda
11-ci Beynəlxalq Konqresində iştirak etməyə Dəvət edirik.
Konqresə aşağıdakı tematikalar üzrə məruzələr qəbul edilir:

  1. Onurğa sütunu və onurğa beyni xəstəlikləri (degenerativ, anadangəlmə, onkoloji) və travmalarının müalicəsi və reabilitasiyasında müasir neyroortopedik yanaşma.
  2. Travmatologiya-Ortopediyada müasir müalicə (cərrahi, konservativ) və reabilitasiya üsullarının tətbiqi.
  3. Pediatrik travmatologiya və ortopediyada müasir müalicə və reabilitasiya.
  4. Dayaq-hərəkət sisteminin xəstəlikləri və zədələnmələrinin müalicəsində fəsadlar və səhvlər.

Konqres bir çox xarici ölkələrin alimlərinin iştirakı ilə keçiriləcəkdir.
Konqresdə çıxış etmək istəyənlərin 10 sentyabr 2019 ilədək məruzələrinin adlarını
Təşkilat komitəsinə bildirməsi xahiş edilir.
Konqressin materialları (Tezislər 2-3 səh; məqalələr 7-8 səh., azərbaycan, ingilis, rus dilində) AzTOA –nın

“AZƏRBAYCAN ORTOPEDİYASI-AZERBAİJAN ORTHOPEDİCS-ОРТОПЕДИЯ АЗЕРБАДЖАНА» Beynəlxalq jurnalında onlayn və cap formatında dərc ediləcəkdir.
Təşkilat komitəsi
T.e.d. Yaşar Cəlilov – AzTOA Prezidenti, AzETTOİ
Prof. Əhməd Əhmədzadə — AzTOA Vitse-prezidenti, ATU
T.e.d. – İlqar Qasımov, Az. ETTOİ
Kabus Dadaşov – SN Neyrocərrahiyyə Xəstəxanası
T.e.d. Məcid Məsimov- ATU
Prof. Eldar Abbasov – ATU
Prof. Qələndər Canbaxışov- AzETTOİ
T.e.d. Sədaqət Hüseynova-ATU
MƏQALƏ və TEZİSLƏR ÜÇÜN TƏLƏBLƏR
Jurnala MS Word- redaktor mətnində, A 4 formatında, şrift 14, 1.5 intervalında 7-8 səhifəyə qədər məqalələr və 2-3 səh tezislər qəbul edilir. Sahələr: 2 sm yuxarı, sağda və aşağıda, solda 3 sm. Məqalə və tezislərdə aşağıdakı bölmələr olmalıdır: giriş, işin məqsədi, material və metodlar, müzakirə, yekun və ya nəticələr, istinadlar.
— Məqalə və tezislərdə Azərbaycan (Azərbaycan müəllifləri üçün), ingilis və rus dillərində (bütün müəlliflər üçün) 200 sözdən çox olmamaq şərtilə bir rezüme olmalıdır;
— Məqalənin tam adı və müəlliflər böyük həriflərlə yazılmalıdırdır. Növbəti sətrdə təşkilatın, şəhərin adını göstərilir;
— məqalələr fayl kimi e-poçt ilə redaksiyaya göndərilir.

Əlaqə:
Tel.: +994 50 213 43 46 / +994 55 318 24 27
E-mail: yashardjalilov@mail.ru / yasharjalilov@gmail.com