CƏLİLOV YAŞAR, T.e.d

Azərbaqycan Travmatoloq və Ortopedlərinin Assosiasiyasının Prezidenti.


Cəlilov Yaşar Rəftar oğlu 29.01.1955-ci ildə anadan olmuşdur. Tibb elmləri Doktoru, AR SN Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutunun Böyüklərin Ortopediyası və Travmaların fəsadları Bölməsinin Elmi Rəhbəridir.

1971-ci ildə orta məktəbi Qızıl medalla, 1978-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakultəsini Fərqlənmə diplomu ilə bitirib.

1978-87-ci illərdə Dağlıq Qarabağ Vilayət xəstəxanasında (Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir.

1984-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva şəhəri) aspiranturaya daxil olmuş və 1987-ci ildə «Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника» mövzusunda Tibb elmləri namizədlik dissertasiyasını müdafiyə etmişdir.

1987-ci ildən AR SN ET Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işci, böyük elmi işci, və 2001-ci ildən BO və TF Elmi bölməsinin Rəhbəri vəzifəsində çalışır. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva şəhəri) «Комплексное консервативное и оперативное лечение сколиоза» mövzusunda Tibb Elmləri Doktoru dissertasiyasını müdafiyə etmişdir.

2004-cü ildə “Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyası”-nın (AzTOA) təsiscilərindən biridir.

2009 ildən AzTOA-nın Vitse Prezidenti, 2012–ci ildən isə onun Prezidentidir.