ƏHMƏDZADƏ ƏHMƏD, T.e.d

Azərbaqycan Tibb universitetinin kafedra müdiri.


Əhmədzadə Əhməd Yaqub oğlu Azərbaycan Respublikasının Qazax şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə Azərbaycan Tibb İnstitunun müalicə-profilaktika fakultəsinə daxil olmuş və 1970-ci ildə oranı bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin təyinatı ilə o, Xaçmaz Mərkəzi rayon xəstəxanasına həkim-travmatoloq kimi işə göndərilmişdir. 3-il orada işlədikdən sonra Moskva şəhərində olan N.N.Priorov adına Mərkəzi Travmatologiya və Ortopediya institunun kliniki ordinaturasına qəbul olmuşdur.  

1973-75-ci illər ərzində kliniki ordinatura vaxtı o özünün müsbət xasiyyətlərinə, bilik və bacarığına görə həmin institun əyani aspiranturasına daxil olmağa məsləhət görmüşlər.

1975-78-ci illər ərzində o, namizədlik dissertasiyasını başa vurmuş və müdafiə etmişdir. Tibb elmləri namizədi adını aldıqdan sonra onu SSRİ- Səhiyyə nazirliyinin təyinatı ilə Azərbaycan Tibb İnstitunun travmatologiya və ortopediya kafedrasına assistent vəzifəsinə işə göndərilmişdir. Namizədlik dissertasiyasında yenilik edən Əhmədzadə Ə.Y., öz metodunu Bakıda müvəffəqiyyətlə tətbiq etmişdir və ilk dəfə olaraq bud sümüyünün psevdoartrozunu və diz oynağının açıcı kontrakturasını bir kəsiklə eyni vaxtda cərrahi əməliyyatını icra etmişdir, hansı ki, ona qədər belə patologiyaları 2- etapa 3-4 il ərzində müalicə edirdilər, lakin onun metodu ilə 1 etapa hər iki patoloji proses aradan qaldırılır. Müəllimlik fəaliyyətinə başlayan Əhmədzadə Ə.Y., 1983- cü ildə təhsilini davam etdirmək üçün o Moskva şəhərində N.İ.Piroqov adına  2-saylı Tibb İnstitutunun travmatologiya və ortopediya kafedrasının doktoranturasına daxil olur.

1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək yenidən Bakıya Tibb İnstitutunun travmatologiya və ortopediya kafedrasına qayıdaraq professor vəzifəsinə işə başlamışdır.  1992-93-cü illərdə o, müalicə- profilaktika fakultəsinin dekanı vəzifəsində çalışmışdır.

1998-ci ildən hal-hazıra kimi travmatologiya və ortopediya kafedrasının müdiri vəzifəsində çalışır. Kafedrada ilk dəfə İlizarov aparatını tətbiq etmiş və bütün əməkdaşları o metoda yiyələnməyi öyrətmişdir. Onun rəhbərliyi altında 1-doktorluq və 10- namizədlik dissertasiyası müdafiə edilmişdir. O, 10-müəlliflik şəhadətnaməsi və 6-səmərələşdirici təklifin müəllifidir, onun qələmindən  120-dən çox elmi məqalə dərc edilmişdir. Azərbaycan travmatoloqlar və ortopedlər assosiyasının ilk Prezidenti olmuş və hal-hazırda vise-prezidentidir, Respublikada dərc olunan travmatologiya və ortopediya jurnalının  redaksiya heyyətinin üzvüdür. 2-dəfə Amerika Birləşmiş Ştatında elmi konfransda iştirak edib və çıxışla məruzə edib, eləcədə Türkiyə, İran, Rusiya və başqa ölkələrdə konfranslarda məruzə edib.Kafedrada onun rəhbərliyi altında ən müasir müalicə metodları-endoprotezlər, AO-ASİF sistemi, kompression-distraksion metodlar geniş tətbiq edilir.