Hörmətli Travmatoloq – Ortopedlər, Neyrocərrahlar və Reabilitoloqlar!
9-10 noyabr 2019 ildə “HYATT REGENCY BAKU” HOTEL
sizi AzTOA-nın
“Dayaq-hərəkət sisteminin xəstəlikləri və zədələnmələrinin müasir müalicə və reabilitasiya üsulları” mövzusunda
11-ci Beynəlxalq Konqresində iştirak etməyə Dəvət edirik.
Konqresə aşağıdakı tematikalar üzrə məruzələr qəbul edilir:
Konqres bir çox xarici ölkələrin alimlərinin iştirakı ilə keçiriləcəkdir.
Konqresdə çıxış etmək istəyənlərin 10 sentyabr 2019 ilədək məruzələrinin adlarını
Təşkilat komitəsinə bildirməsi xahiş edilir.
Konqressin materialları (Tezislər 2-3 səh; məqalələr 7-8 səh., azərbaycan, ingilis, rus dilində) AzTOA –nın
“AZƏRBAYCAN ORTOPEDİYASI-AZERBAİJAN ORTHOPEDİCS-ОРТОПЕДИЯ АЗЕРБАДЖАНА» Beynəlxalq jurnalında onlayn və cap formatında dərc ediləcəkdir.
Təşkilat komitəsi
T.e.d. Yaşar Cəlilov – AzTOA Prezidenti, AzETTOİ
Prof. Əhməd Əhmədzadə — AzTOA Vitse-prezidenti, ATU
T.e.d. – İlqar Qasımov, Az. ETTOİ
Kabus Dadaşov – SN Neyrocərrahiyyə Xəstəxanası
T.e.d. Məcid Məsimov- ATU
Prof. Eldar Abbasov – ATU
Prof. Qələndər Canbaxışov- AzETTOİ
T.e.d. Sədaqət Hüseynova-ATU
MƏQALƏ və TEZİSLƏR ÜÇÜN TƏLƏBLƏR
Jurnala MS Word- redaktor mətnində, A 4 formatında, şrift 14, 1.5 intervalında 7-8 səhifəyə qədər məqalələr və 2-3 səh tezislər qəbul edilir. Sahələr: 2 sm yuxarı, sağda və aşağıda, solda 3 sm. Məqalə və tezislərdə aşağıdakı bölmələr olmalıdır: giriş, işin məqsədi, material və metodlar, müzakirə, yekun və ya nəticələr, istinadlar.
— Məqalə və tezislərdə Azərbaycan (Azərbaycan müəllifləri üçün), ingilis və rus dillərində (bütün müəlliflər üçün) 200 sözdən çox olmamaq şərtilə bir rezüme olmalıdır;
— Məqalənin tam adı və müəlliflər böyük həriflərlə yazılmalıdırdır. Növbəti sətrdə təşkilatın, şəhərin adını göstərilir;
— məqalələr fayl kimi e-poçt ilə redaksiyaya göndərilir.
Əlaqə:
Tel.: +994 50 213 43 46 / +994 55 318 24 27
E-mail: yashardjalilov@mail.ru / yasharjalilov@gmail.com