Menu Close

Hörmətli oxucular!

Təsis etdiyimiz «AZƏRBAYCAN ORTOPEDİYASI – ORTHOPEDİCS OF AZERBAİJAN – ОРТОПЕДИЯ АЗЕРБАЙДЖАНА»  onlayn internet jurnalın 4-cü nömrəsi dərc edildi.  COVİD-19  ilə əlaqədar bütün planlarımız alt-üst oldu.

Bu il nəhayət ki bu COVİD-19 bəlası bitdi. Hörmətli oxucular həyat davam edir. Bizim isə tibbi fəaliyyətimiz fasiləsiz davam edir. Gördüyünüz kimi jurnalın redaksiya heyyətində dəyişikliklər vardır. Heyyətdə yeni üzvlər daxil olmüşlar. Bunlar tanınmış alim və mütəxəssislərdir. Yeni üzvlərə fəaliyyətlərində müvəffəqiyyat arzulayıram.

Jurnalımızın 4-cü nömrəsində əsasən 2021 –ci ildə daxil olmuş məqalələr dərc edilib.       Jurnalın işi Sizlərdən çox asılıdır. Azərbaycan Ortopediyasının inkişafı hamımızdan – travmatoloq–ortopedlərdən asılıdır.  Gördüyünüz kimi 4-cü nömrəmizdə yerli və xarici müəlliflərin yazılarının sayı demək olar ki bərabərləşir. Ümidvaram ki gələcək nömrələrdə bu tendensiya davam edəcək və yerli müəlliflərin tətqiqatları üstünlük təşkil edəcək.

Baş Redaktor,
AzTOA Prezidenti, T.e.d.
Yaşar Rəftar oğlu Cəlilov