Azərbaycanda tibbin Ortopediya və Travmatoloqiya sahəsində çalışan alimləri və praktiki həkimləri birləşdirən peşə qurumu- Travmatoloq –Ortopedlər Çəmiyyəti hələ keçən əsrin 60-70-ci illərində Bakı ET Travmatologiya və Ortopediya İnstitutu (Bakı ETTOİ) nəzdində mövcud olmuşdur. Bu Cəmiyyət əsasən Bakı ETTOİ, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Travmatologiya-Ortopediya və Hərbi-səhra Cərrahiyyəsi kafedrası (ADTİ T-O və HSC kaf.), Ə.Əliyev adına Həkimləri təkmilləşdirmə İnstitutunun T-O və HSC kafedrasının alim və həkimlərini birləşdirirdi. Cəmiyyətin iclaslarında Azərbaycanın aparıcı Alimlərindən Professorlar Azad İsmaylov, Kamal Məhərrəmov, Rəşid Talışinski, Əliramiz Axundov və bir sıra başqa tanınmış mütəxəssislər məruzələrlə çıxış etmiş öz kliniki təcrubələri ilə praktiki həkimlərlə bölüşmüşlər. Lakin 80-ci illərin axırında Azərbaycandakı mürəkkəb ictimai-siyasi vəziyyət bu Cəmiyyətin fəaliyyətinə son qoymuşdur. 90-cı illərdə Cəmiyyət tamamilə fəaliyyətini dayandırmışdır. Azərbaycan Travmatoloq-Ortopedlər Cəmiyyətinin yeni müasir formada bərpası ideyası 2000 ilin noyabr ayında Moskvanın N.N.Burdenko ad. Neyrocərrahiyyə institutunda keçirilən “Endoskopik spinal cərrahiyyə” tematikasındakı elmi konfransda əmələ gəlmişdir...
AzTOA-nın FƏALİYYƏTİ və MƏQSƏDİ: Azərbaycanda Travmatologiya və Ortopediya sahəsində çalışan həkimlərin saylarını birləşdirmək, əhaliyə göstərilən yardımın səviyyəsini yüksəltmək, əldə edilmiş nailiyyətləri yaymaq, xəstələrin və birlik üzvlərinin hüquqlarını müdafiyə etmək.
Ötən 14 il ərzində AzTOA 10 illik konfrans- konqreslər və şoxsaylı treninq - kurslar keçirmişdir. Hal –hazırda “ Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyası”- ictimai birliyinin ( AzTOA) Prezidenti T.E.D. Yaşar Rəftaroğlu Cəlilovdur. Onun rəhbərliyi və təşkilatçılığı ilə AzTOA-nın 8-9-10-cu qurultayları keçirilmişdir.
AzTOA yaradıldığı zamandan indiyədək bir çox ölkələrin assosiyasiyaları ilə əlaqələr yaratmış və bu əlaqələrin daha da genişlənməsi istiqamətində daimi iş aparır. AzTOA–nın Türkiyə, Qazaxstan, Özbəkistan, Rusiya, Gürcüstan travmatoloq–ortopedləri ilə sıx əlaqələri vardır. Bundan başqa bir çox beynəlxalq ortoped-travmatoloq assosiasiyalar ilə daimi kontaktlarımız vardır. Bunlardan Beynəlxalq Cərrahi Ortopediya və Travmatologiya Cəmiyyətinin (Société Internationale de Chirurgie Orthopédique et de Traumatologie (SICOT), EFORT, EFİC, ESSEO, EULAR federasiyalarını göstərmək olar.