Azərbaycanda tibbin Ortopediya və Travmatoloqiya sahəsində çalışan alimləri və praktiki həkimləri birləşdirən peşə qurumu- Travmatoloq –Ortopedlər Çəmiyyəti hələ keçən əsrin 60-70-ci illərində Bakı ET Travmatologiya və Ortopediya İnstitutu (Bakı ETTOİ) nəzdində mövcud olmuşdur. Bu Cəmiyyət əsasən Bakı ETTOİ, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Travmatologiya-Ortopediya və Hərbi-səhra Cərrahiyyəsi kafedrası (ADTİ T-O və HSC kaf.), Ə.Əliyev adına Həkimləri təkmilləşdirmə İnstitutunun T-O və HSC kafedrasının alim və həkimlərini birləşdirirdi. Cəmiyyətin iclaslarında Azərbaycanın aparıcı Alimlərindən Professorlar Azad İsmaylov, Kamal Məhərrəmov, Rəşid Talışinski, Əliramiz Axundov və bir sıra başqa tanınmış mütəxəssislər məruzələrlə çıxış etmiş öz kliniki təcrubələri ilə praktiki həkimlərlə bölüşmüşlər. Lakin 80-ci illərin axırında Azərbaycandakı mürəkkəb ictimai-siyasi vəziyyət bu Cəmiyyətin fəaliyyətinə son qoymuşdur. 90-cı illərdə Cəmiyyət tamamilə fəaliyyətini dayandırmışdır.
Azərbaycan Travmatoloq-Ortopedlər Cəmiyyətinin yeni müasir formada bərpası ideyası 2000 ilin noyabr ayında Moskvanın N.N.Burdenko ad. Neyrocərrahiyyə institutunda keçirilən “Endoskopik spinal cərrahiyyə” tematikasındakı elmi konfransda əmələ gəlmişdir. Konfransın Prezidiumunda işıtirakçı ölkələrin bayraqları duzlənmişdi. Burada Almaniya, Rusiya, Ermənistan, və sair ölkələrin bayraqları düzlənmişdi. Azərbaycandan olan iştirakcılar (Yaşar Cəlilov və Şövqi Əhmədov ) ölkələrinin bayrağının burada olmamasına etiraz edərkən təşkilatçı olan Almaniyanın “Karl Ştorts” şirkətinin nümayəndəsi Azərbaycanda Travmatoloq-Ortopedlərin rəsmi qeydiyyatdan keçən bir qurumunun olmadığını göstərmişdir.
Moskvadan qayıdandan sonra biz Azərbaycan Travmatoloq Ortopedlərinin Rəsmi Qurumunun –Assosiasiyasının yaradılması istiqamətində təşkilat işlərinə başladıq. Bu işdə biz bir çox maneçiliklərlə rastlaşsaqda 2003 –cü ildə ADTİ-nin T-O və HSC kafedrasında “Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyası” içtimai birliyinin I-ci Təşkilat Qurultayını keçirdik. Qurultay AzTOA-nın Nizamnaməsini qəbul etdi və 9 üzvdən ibarət Plenumunu seçdi. AzTOA-nın 1-ci Prezidenti Prof. Əhməd Əhmədzadə seçildi. 31.03. 2004 –cu ildə AzTOA AR Ədliyyə Nazirliyində Rəsmi qeydiyyatdan keşmiş (Dövlət Qeydiyyat şəhadətnaməsi No 1104-Q2-1540) və müstəqil Qeyri – Hökumət Təşkilatı kimi fəaliyyətə başlamışdır.
AzTOA-nın FƏALİYYƏTİ və MƏQSƏDİ: Azərbaycanda Travmatologiya və Ortopediya sahəsində çalışan həkimlərin saylarını birləşdirmək, əhaliyə göstərilən yardımın səviyyəsini yüksəltmək, əldə edilmiş nailiyyətləri yaymaq, xəstələrin və birlik üzvlərinin hüquqlarını müdafiyə etmək.
Ötən 14 il ərzində AzTOA 10 illik konfrans- konqreslər və şoxsaylı treninq - kurslar keçirmişdir.
Hal –hazırda “ Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyası”- ictimai birliyinin ( AzTOA) Prezidenti T.E.D. Yaşar Rəftaroğlu Cəlilovdur.
Onun rəhbərliyi və təşkilatçılığı ilə AzTOA-nın 8-9-10-cu qurultayları keçirilmişdir.