Q.S.CANBAXIŞOV
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Bakı
РЕЗЮМЕ
ПРИМЕНЕНИЕ МОДИФИЦИРОВАННОГО РАЗРЕЗА СТОППА ПРИ ПЕРЕЛОМАХ ВЕРТЛУЖНОЙ ВПАДИНЫ
Г.С.ДЖАНБАХИШОВ
НИИ травматологии и ортопедии, г.Баку
Актуальность лечения указанной травмы обусловлена большим количеством осложнений и как следствие,инвалидности пациентов. В статье проанализированы результаты лечения 11 пациентов со сложными переломами вертлужной впадины с применением модифицированного разреза Стоппа.Возраст пациентов колебался от 21-57 лет,было 7 мужчин, женщин 4. У 9 пациентов были переломы обеих колон и у 2 Т- образный. У всех пациентов произведен остеосинтез переломов вертлужной впадины реконструктивной пластинкой с применением модифицированного разреза Стоппа. Из них у 1 больного не удалось идеально репонировать костные фрагменты. У 1 больного с Т-образным переломом вертлужной впадины остеосинтез произведен с применением двух разрезов- задний разрез Kocher-Langenbek и передний модифицированный разрез Стоппа.Во время операции из 11 больных у 7 наблюдался анастомоз между a.etv. Obturatorius и a.etv. Iliacaexternum так называемый coronamortis. В ближайщем периоде у 2 больных наблюдались гетеротопические оссификаты.
Ключевые слова: вертлюжная впадина,перелом, остеосинтез.
SUMMARY
USE OF A MODIFIED STOPP INCISION FOR THE TREATMENT OF ACETABULAR FRACTURES
G.S.JANBAKHISHOV
Scientific Research Institute of Traumatology and Orthopedics, Baku
The relevance of the treatment of this injury is due to a large number of complications and as a result, the disability of patients.The article analyzes the results of treatment of 7 patients with complex acetabular fractures using a modified Stopp incision.The age of patients ranged from 21-57 years, there were 7 men and 4 women. 9 patients had fractures of both columns and 2 T-shaped of acetabulum.All patients underwent osteosynthesis of acetabular fractures with a reconstructive plate using a modified.
Stopp incision. Of these, perfectly reposition of bone fragments failed in 1 patient. In 1 patient with a T-shaped fracture of the acetabulum, osteosynthesis was performed using two incisions-Kocher-Langenbek posterior incision and Stopp’s anterior modified incision. During the operation of 11 patients, 7 had anastomosis between a.etv. Obturatorius and a.etv. Iliacaexternum is the so-called corona mortis.In the near term, heterotopic ossificates were observed in 2 patients.
Key words: asetabulum, fractures, ostheosyntesis.
Açar sözlər: sirkə kasası, sınıq, osteosintez.
Sirkə kasasının sınıqları yüksək enerjili travmalar-hündürlükdən ayaq üstə düşmə, avtomobil qəzaları və s. nəticəsində baş verir ki, bu da travmatologiya və ortopediyanın aktual poblemlərindən biri olaraq qalmaqdadır.Son illər yüksək sürətli avtomobillərlə baş verən yol nəqliyyat hadisələri və tikinti sahələrində yüksəklikdən düşmə nəticəsində baş verən bədbəxt hadisələr zamanı sirkə kasasının sınıqlarının əmələ gəlməsi tez-tez rast gəlməkdədir. Belə xəstələrin müalicəsi əksər hallarda cərrahi müdaxilə tələb edir ki, bu zaman sınığın lokalizasiyasından, xarakterindən,yerdəyişmənin dərəcəsindən və xəstələrin ümumi vəziyyətindən asılı olaraq müxtəlif kəsiklərdən istifadə oluna bilir.Sirkə kasasının mürəkkəb sınıqları zamanı tətbiq edilən kəsiklərdən biri ön-modifikasiya olunmuş Stoppa kəsiyidir. Sirkə kasasının mürəkkəb sınıqları zamanı modifikasiya olunmuş Stoppa kəsiyi Respublikamızda ilk dəfə 2017-ci ildə bizim tərəfimizdən tətbiq edilmişdir. Modifikasiya olunmuş Stoppa kəsiyi ön kəsik olaraq ilk dəfə Stoppa tərəfindən 1989-cu ildə qarın yırtıqlarının cərrahi müalicəsi zamanı təklif edilmiş və 1993-cü ildə Hirvensalo E. və həmmüəlliflər tərəfindən sirkə kasasının sınıqlarının intrapelvik fiksasiyası üçün istifadə edilmişdir.Modifikasiya olunmuş Stoppa kəsiyi ilə cərrahi əməlyata göstərişlər sirkə kasasının aşağıdakı sınıqlarıdır:
- Ön divar
- Ön sütun( kolon)
- Ön divar+ön sütun (kolon)
- Ön sütun (kolon)+arxa yarım köndələn
- hər iki sütun (kolon)
- Bəzi T-vari sınıqlar
Material
2017-2019-cu illər ərzində bizim tərəfimizdən modifikasiya olunmuş Stoppa kəsiyi ilə sirkə kasasının sınıqları olmuş 11 xəstəyə cərrahi əməliyyat edilmişdir. Xəstələrin yaşı 21-57 yaş arasında olmuşdur. Xəstələrdən 7-ı kişi,4 -ü isə qadın olmuşdur.Sirkə kasasının sınıqları 8 xəstədə avtomobil qəzası, 3 xəstədə isə hündürlükdən düşmə nəticəsində baş vermişdir. 9 xəstədə sirkə kasasının hər iki sütununun (kolonunun), 2 xəstədə isə T-vari böyük yerdəyişmiş sınıqları müşahidə olunmuşdur.
Metodlar
Bütün xəstələrə ön-modifikasiya olunmuş Stoppa kəsiyi ilə cərrahi əməliyyat aparılmışdır.Lakin sirkə kasasının T-vari sınığı olan 1 xəstədə cərrahi əməliyyat iki kəsiklə- həm ön- modifikasiya olunmuş Stoppa kəsiyi, həm də arxa- Koxer-Langenbek kəsikləri ilə cərrahi əməliyyat aparılaraq sirkə kasasının sınıqları rekonstruktiv metal lövhə ilə osteosintez edilmişdir.
Nəticələr və onların müzakirəsi
Modifikasiya olunmuş Stoppa kəsiyi ön kəsik olaraq sirkə kasasının mürəkkəb sınıqları zamanı atravmatik bir kəsik olmaqla sirkə kasasının ön sütununu, kvadrilateral səthi tam görməyə imkan verməklə bərabər bütün sınıq fraqmentlərini repozitsiya edərək osteosintez etməyə imkan verir. Bu kəsik zamanı yalnız ağ xətt üzrə qarının düz əzələsi peritona qədər kəsilir və sınıq olan tərəfdə düz əzələ qasıq sümüyündən sümüküstlüyü ilə ayrılır. Digər kəsiklərlə müqayisədə cərrahi əməlyat zamanı əzələlərin diseksiyası minimum olduğundan əməliyyat zamanı qan itirmə də minimum olduğu müşahidə edilmişdir. Əməliyyat zamanı bir neçə məqama diqqət yetirilməsi vacibdir. Belə ki, qarının düz əzələsi qasıq sümüyünün qalxan şaxəsindən ayrıldıqdan sonra qarşıya çıxa bilən a.et v.obturatorius-la a.epiqastrica inferior və ya a.et v.iliaca externum arasında olan anastomozun (corona mortis) olub olmamasına diqqət yetirilməlidir. Əgər bu anastomoz varsa həmin damarlar liqaturaya alınaraq bağlanmalıdır. Əməliyyat olunan 11 xəstədən 7-də corona mortis müşahidə edilmişdir.
Digər vacib məqamlardan da biri diseksiya zamanı a.et v.iliaca externum ,a.et v.obturatorius-un və n. obturatoriusun qorunmasıdır .
Sirkə kasasının sınıqları əməliyyat sahəsində tam göründükdən sonra fraqmentlər repozitsiya edilərək rekonstruktiv metal lövhə ilə osteosintez edilir. Bizim müşahidəmiz altıda olan 11 xəstədən 10-da sınıqlar kliniki və rentgenoloji olaram tam repoziotsiya edilmiş, lakin 1 xəstədə repozitsiya tam olmamış və sirkə kasasının sınığının yerdəyişməsi qalmışdır. Yaraya bir sutkalıq drenaj qoyularaq qarının düz əzələsi tikilmiş, dərialtı və dəri tikilmişdir.Digər ön kəsiklərdən fərqli olaraq bu kəsikdə yaranın qapadılması daha asan olmuşdur.
Əməliyyatdan sonrakı dövr bütün xəstələrdə sakit keçmiş, ikinci gündən sonra xəstələrə oturmağa icazə verilmişdir. 7-10 gündən sonra xəstələrə sınıq tərəfdə ayağa yük verməmək şərtilə iki qoltuqaltı ağacla yeriməyə icazə verilmişdir.Sınıq olan tərəfdə aşağı ətrafın yüklənməsinə rentgenoloji olaraq sınıq tam bitişdikdən sonra-2-3 aydan sonra icazə verilmişdir. Əməliyyatdan sonra ilk 3-6 ay ərzində 2 xəstədə heterotopik ossifikat əmələ gəlmişdir. Onlardan 1-də hər iki kolonun sınığı olmuş və sınıqlar tam repozitsiya olunmadığına görə, digərində isə sınaqlar iki kəsiklə osteosintez edilmiş T-vari sınıqla olan xəstələr olmuşdur.
Beləliklə, sirkə kasasının ön kolonunun sınıqları ilə müşaiyət olunan mürəkkəb sınıqları zamanı modifikasiya olunmuş Stoppa kəsiyi digər ön kəsiklərdən fərqli olaraq daha atravmatik olmaqla bərabər həm də sınıqları anatomik repozitsiya və stabil osteosintez etməyə imkan verir.