Menu Close

Hörmətli oxucular!

Bu gün təsis etdiyimiz «AZƏRBAYCAN ORTOPEDİYASI – ORTHOPEDİCS OF AZERBAİJAN – ОРТОПЕДИЯ АЗЕРБАЙДЖАНА»   onlayn internet jurnalın 2-cı nömrəsini sizə təqdim edirik. Jurnalın bu nömrəsində AzTOA-nın XI Beynəlxalq Konqresinin materialları və redaksiyamıza daxil olmuş orijinal məqalələrlə tanış olacaqsınız.

Hörmətli oxucular jurnalımızın bu nömrəsində biz həmdə travmatologiya və ortopediyada reabilitasiya problemlərinə də yer vermişik. Gələcəkdə ortopediya və travmatologiya ilə yanaşı gedən sahələrin də problemlərinin jurnalımızda işıqlandırılmasına diqqət göstərəcəyik.

Hörmətli oxucularımız jurnalın işi Sizlərdən çox asılıdır. Azərbaycan Ortopediyasının inkişafı hamımızdan: – travmatoloq–ortopedlərdən, spinal cərrahlardan, reabilitoloqlardan asılıdır.  Gördüyünüz kimi 1-ci nömrəmizdə olduğu kimi 2-ci nömrədədə xarici müəlliflərin yazıları üstünlük təşkil edir. Ümidvaram ki gələcək nömrələrdə bu tendensiya dəyişəcək yerli müəlliflərin tətqiqatları üstünlük təşkil edəcək.

 

Baş Redaktor,
AzTOA Prezidenti, T.e.d.
Yaşar Rəftar oğlu Cəlilov