Menu Close

DAYAQ-HƏRƏKƏT SİSTEMİNİNXOŞXASSƏLİ SÜMÜK ŞİŞLƏRİNİN VƏ DİSPLAZİYALARININMÜASİR DİAQNOSTİKA VƏ MÜALİCƏ ÜSULLARI

M.R.YUSİFOV, F.V.VERDİYEV
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Bakı

Açar sözlər:xoşxassəli, sümük şişləri, displaziyalar,diaqnostika,müalicə. 

РЕЗЮМЕ
CОВРЕМЕННЫЕ МЕТОДЫ ДИАГНОСТИКИ И ЛЕЧЕНИЯ ДОБРОКАЧЕСТВЕННЫХ ОПУХОЛЕЙ И ДИСПЛАЗИЙ КОСТЕЙ ОПОРНО-ДВИГАТЕЛЬНОЙ СИСТЕМЫ

 М.Р.ЮСИФОВ,Ф.В.ВЕРДИЕВ
Научно-исследовательский институт Травматологии и Ортопедии

В данной рaботе представлены современные методы диагностики и лечения  доброкачественных опухолей и дисплазий костей. Своевременная диагностика и адекватный подход к этим заболеваниям являются важными факторами решающими исход лечения

SUMMARY
MODERN METHODS OF DIAGNOSIS AND TREATMENT OF MUSCULOSKELETAL BENIGN BONE TUMORS AND DYSPLASIAS M.R.YUSİFOV, F.V.VERDİYEV
Scientific-research institute of Traumatology and Orthopaedics, Baku

This paper presents modern methods of diagnosis and treatment of benign bone tumors and dysplasias. Correct  diagnosis and adequate approach to these diseases are important factors influencing the outcome of treatment

Xoşxassəli sümük şiş və displaziyalarının erkən diaqnostikası və müalicəsi sümük patologiyasının aktual problemlərindən biridir. Xoşxassəli şiş və displaziyalar ortopedik xəstəliklər içərisində 19% təşkil edir.Sümük şişləri və displaziyalarının erkən diaqnostikası bir çox hallarda çətinlik törədir və həkimlərin geniş kütləsinin bu patologiyadan kifayət qədər məlumatının olmaması gecikmiş diaqnostikavə bununla əlaqədar müxtəlif ağırlaşmaların əmələ gəlməsinə səbəb olur.Patoloji prosesin xarakteri, lokalizasiyası, həcmi müalicənin nəticələrinə təsir göstərir. Son illərdə ənənəvi rentgenoqrafiyadan başqa KT, MRT, USM, və s. sümük patologiyasına aid olan proseslərin erkən diaqnostikası müsbət təsir göstərir.Son 10 illikdə şüa dianostikanın inkişafı, rəqəmsal rentgenoqrafiya, spiral KT, kontrastlı MRT, dijital angioqrafiyanın tətbiq edilməsi çanaq, onurğa, iri oynaqlardakı  mürəkkəb lokalizasiyalı törəmələrin diaqnostikası və cərrahi yanaşmanı xeyli asanlaşdırır. Müasir şüa diaqnostika üsullarının yüksək spesifikliyi, həssaslığı və dəqiqliyi kiçik həcmli destruktiv ocaqları, hətta klinik əlamətlər ortaya çıxmadan təyin etməyə imkan verir.

Kompüter tomoqrafiyası metodu şiş və displaziyalar zamanı strukturunun, onun formasının, həqiqi uzunluğunun, ətraf toxumaların sıxlığının və ocaqdaxili möhtəviyyatının, kortikal qatın vəziyyətinin müəyyənləşdirilməsi, onun tamlığının pozulması və onun korteks qalınlığının müəyyənləşdirilməsi üçün tətbiq edilir,

törəmə və epifizar sahənin qarşılıqlı münasibətlərinin xüsusiyyətlərinin öyrənilməsi üçün aparılır.MRT müayinəsi şiş prosesinə şübhə olan halda, sümük xəstəliyin diferen­sial diaqnostikası və residivlərin olub-olmaması məqsədilə aparılır. Müayinələrdə MRT törəmənin strukturunu, onun ətraf toxumalarla qarşılıqlı əlaqəsini, yumşaq toxuma komponentini və sümük toxumalı arakəsmələrin olmasını daha dəqiq qiymətləndir­məyə imkan verir.

Xoşxassəli sümük törəmələrinin şüa diaqnostikası ilə yanaşı biopsiyada mühüm yer almaqdadır və əksər hallarda prosesin xarakterini dəqiqləşdirməyə şərait yaradır. Ancaq biopsiyanı rentgen, KT, MRT müayinəsindən sonra, dəqiq istənilən ocaqdan material almaq üçün icra etmək məqsədə uyğundur.

Şiş prosesinə şübhə olan halda mütləq trepan və yaxud nazik Jam Shidi  iynəsi ilə biopsiya aparılır, alınan material sitoloji və histoloji müayinəyə göndərilir. Biopsiyalar əksər hallarda  lokal anesteziya altında aparılır. Açıq biopsiya kiçik cərrahi müdaxilə sayılır və toxumaların əlavə travması, qanaxma və əməliyyat sonrası fəsadlarla nəticələnə bilər.

Xoşxassəli sümük şişləri və displaziyalı xəstələr əsasən cərrahi yolla müalicə olunur.Qeyd etmək lazmıdır ki, bu qrup xəstələrin müalicəsində onkoloji prinsiplərdən başqa (blastomatoz prosesin aradan qaldırılması) ortopedik reabilitasiya (oynağın funksiyasının bərpası) çox vacib bir məsələ kimi ortopedlərin qarşısında  durur.Bu istiqamətdə sümük plastikasının, biokompozit materiallarının, endoprotezləşdirmənin və kompression-distraksion üsulun yeri və rolu danılmazdır.Son illərdə biomaterialların çeşidinin zənginləşməsi ilə əlaqədər sümük defektləri və boşluqlarının bərpa problemində nəzərəçarpan irəliləyişlər olsada,bununla bərabər xəstələr ixtisaslaşmış stasionara gecikmə ilə qəbul olduğunda patoloji proses sümüklərdə böyük dəyişikliklərə yol açır, bu da adekvat cərrahi müdaxiləni mürəkkəbləşdirir və  bəzən əlilliyə yol açır.

Beləliklə, hal-hazırda yüzlərlə müalicə üsulunun mövcud olduğu halda onların içərisindən optimal müayinə və müalicə üsullarının seçilməsi çox vacib bir amildir.