Menu Close

Nanotexnoloji naftalan tərkibli vannaların revmatoid artritli xəstələrin müalicəsində tətbiqi

DAXİL OLUB 22.12.2021. Səh. 57-66

S.S. Kərimova, G.H. Həsənova, L.B.Nəbiyeva
AR SN Elmi-tətqiqat Tibbi Bərpa İnstitutu, Bakı

ПРИМЕНЕНИЕ НАНОТЕХНОЛОГИЧЕСКОГО БАЛЬЗАМА НАФТАЛАНА ПРИ ЛЕЧЕНИИ БОЛЬНЫХ РЕВМАТОИДНЫМ АРТРИТОМ

С.С. Керимова, Г.Г. Гасанова,  Л.Б.Набиева
НИИ Медицинской Реабилитации МЗ АР, Баку

У  33 больных ревматоидным артритом изучено влияние комплексного бальзама нафталана на клиническое  течение болезни, интенсивность болевого синдрома, состояние иммунного статуса и перекисного окисления липидов.

На фоне проводимого лечения у всех больных отмечалось улучшение функциональных показателей суставов, реологических  свойств крови и иммунного статуса, но более выраженный клинический  эффект наблюдался по влиянием бальзама нафталана.

NANONAFTALAN BALSAM THE TREATMANT OF PATIENTS WITH  RHEUMATOID ARTHRITIS

S.S. Karimova,  G.H. Hasanova, L.B.Nabiyeva
Research Institute of Medical Rehabilitation of the Ministry of Health of the Republic of Azerbaijan, Baku

Influences of complex of Naftalan  balsam for clinical disease course, pain syndrome intensity, immune state and lipid peroxidation was studied in 33 patients.

In this treatment ascension of functional joint indicators, rheological properties of blood and immune state were determined, no full-blown clinical effect was determined under influence of Naftalan balsam.

Naftalan nefti Azərbaycanın unikal kurort sərvətlərindən hesab olunur. Xalq təbabətində XII-XIII əsrlərdə istifadə olunsa da onun hərtərəfli öyrənilməsi son 50-60-cı illərdə mümkün olmuşdur. Müəyyən edilmişdir ki, onun  tərkibindəki naften karbohidrogenləri  ağrıkəsici, spazmgötürücü və damargenəldici, qan dövranını yaxşılaşdırıcı təsirə malikdir (1,3).

Nanotexnologiya müsair dövrdə  elm və texnikanın ən son nailiyyətlərindən biridir (9,6). Nanotexnoloji prinsipləri  bərk maye və qaz halında olan hər hansı bir maddənin zərrəciklərini bir mikron ölçülü, jelatin qılaflı mikroskopik kapsullarda yerləşdirmək mümkündür. Naftalan neftindən nanotexnalogiya üsulu ilə əldə olu-nan naftalan balzamı nanohissəciklərin mikrokapsulyasiyası yolu ilə hazırlanır.  Sübut edilmişdir ki, mikroskopik ölçülü aktiv hissəciklər dərinin daha dərin  qatlarına keçərək lazım olan nahiyələrdə analgeziyaedici və iltihabəleyhinə  effekt verir .

Bütün dünyada olduğu kimi Respublikamızda da   revmatoid artrit yayılma tezliyi və ağırlıq dərəcəsinə görə özünəməxsus yer tutur (7, 11).

Müasir  revmatologiyanın nailiyyətlərinə baxmayaraq, hələlik istənilən halda yalnız  dərman müalicəsi ilə RA kimi xroniki gedişata malik, qısa müddət ərzində oynaqların  eroziv-destruktiv tipli zədələnməsi ilə nəticələnən  iltihabi xəstəliyin qarşısının alınması mümkün olmamışdır (10, 13, 16).

Təcrübələr göstərir ki, revmatoidli artritin reabilitasiyasında qətransız-laşdırılmış naftalanla müalicə yüksək nəticələrə səbəb olur. Minimal oynaq sindromlu revmatoid artritli xəstələrdə qətransizlaşdırılmış naftalan zədələnmiş oynaq nahiyəsinə yerli və iltihabəleyhinə təsir göstərərək, yüngül immunomodul-edici effekt verir (4). Kəskin oynaq sindromunda bu metodun tətbiqi fiziki amil-lərin təsiri ilə baş verən balneoloji reaksiyaların normallaşması ilə nəticələnir (2,8).

Naftalan nefti Azərbaycanın təbii müalicə amilləri içərisində özünəməxsus yer tutur (5). Son illər naftalan neftinin dərin təmizlənməsi nəticəsində tərkibi 98% naften karbohidrogenləri və 2% izoalkanlardan ibarət olan naftalan yağı və xüsusi metodla hazırlanmış naftalan balzamı preparatları əldə olunmuşdur.

Xroniki  gedişli RA xəstələrdə proqresivləşən  iltihabın aktivliyini azaltmaq, remissiyaya nail olmaq üçün istifadə olunan müxtəlif immundepressiv, steroid və qeyri-steroid iltihabəlehyinə olan bazis və simptomatik təsirə malik çoxçeşidli  dərman preparatları uzunmüddətli tətbiq olunduğundan, heç də az təsadüf olun-mayan çoxsaylı ələlxüsus mədə-bağırsaq sistemi ağırlaşmaları həm xəstə, həm də həkimlər üçün tez-tez çətin seçim problemi yaradır (12,14,15). Bu səbəbdən də effektli  təbii vasitələrin geniş tətbiqi həmişə aktual olaraq qalmaqdadır (17,18).

Göstərilənləri nəzərə alıb “Bioil” firmasının təklif etdiyi “Vanna üçün naftalan balzamı” preparatının adi su vannaları ilə birgə tətbiqinin nə dərəcədə effektli  ola biləcəyini öyrənməyi qarşıya məqsəd qoyduq.

İşin məqsədi – Revmatoid artritli xəstələrin müalicəsində naftalanın yeni preparatının – naftalan balzamının yerli vannalarla tətbiqinin öyrənilməsidir.

Material və metodlar – Revmatoid artrit diaqnozu ARA-nin təqdim etdiyi kriteriyalara (1987) əsasən qoyulmuşdur və müayinə olunan 33 xəstənin yaş həddi 28-71 yaş arasında tərəddüd edib. Xəstələr arasında qadınlar (76,6%) üstünlük təşkil etmişdir. Xəstəliyin seropozitiv variantı -20, seroneqativ forma -13, xəstədə aşkar edilmişdir. Birinci aktivlik dərəcəsi 18 xəstədə, ikinci aktivlik dərəcəsi 10 xəstədə, üçüncü aktivlik dərəcəsi 5 xəstədə aşkar edilmişdir.

Revmatoloji olaraq birinci mərhələ 9, ikinci mərhələ 17, üçüncü isə 7 xəstədə müəyyən edilmişdir. Xəstələrin böyük əksəriyyətində proqressivləşən forma 17 xəstə, 13 xəstədə ləng gedişli, 3 xəstədə isə tez proqressivləşən forma təyin edilmişdir. Oynaqların funksional pozğunluğu  I-ci dərəcəli 11, II-dərəcəli 17, III-dərəcəli 5 xəstədə aşkar edilmişdir.

Terapevtik effektliyi kliniki laborator  göstəricilər və SN tərəfindən təqdim edilmiş sanator-kurort  müalicəsinin kriteriyalarına əsasən, kliniki əlamətlər Rusiya Tibb Elmləri Akademiyası Revmatologiya İnstitutunun təqdim etdiyi indeksləşmiş kartlar ilə (ağrı, oynaq indeksi, şişkinlik indeksi-Riçi) qiymətləndirmişik. İltihabi prosesin aktivliyi kliniki əlamətlərlə (ağrı, şişkinlik) yanaşı, laborator göstə-ricilərlə; EÇS, leykositlərin miqdarı S-reaktiv zülal, immun statusun; İmmuno-qlobulinlərin qanda miqdarı (Jg, G, A, M) agar geldə radial immunodiffuziya metodu ilə təyin edilmişdir .

Müalicədən əvvəl və  sonra dinamikada qanda MDA-nin (tiobarbitur turşusu  ilə rəngli reaksiya ilə) Miqdarı öyrənilmişdir. Hemoreoloji göstəricilərdən qanın özlülüyü (RK-4 viskozimetrdə), hematokrit göstəricisi (mikrosentrifuqada MSQ-8)  eritrositlərin spontan aqressiyası Schmid-Schonbein metodu ilə dinamikada tədqiq edilmişdir.

Nəticələrin satistik işlənilməsi  standart metodlarla orta  arifmetrik variasion sıra (M), orta kvadratik dəyişmə və orta arifmetrik səhvlər (m) aparılmış, dürüstlük Styudentə görə qiymətləndirilmişdir.

Nəticələr və müzakirəsi –  Təyin olunan müalicə metodlarından asılı olaraq RA xəstələr 2 qrupa bölünmüşdür.

I qrupa daxil olan  20 xəstə naftalan balzamı ilə hazırlanmış 4-kameralı (əl və ayaq) vannalar qəbul etmişlər.

II qrupa daxil olan 13 xəstədə isə 4-kameralı adi su vannaları təyin edilmişdir.

Yerli su vannaları ilə prosedurlar 4-kameralı əl (6+6 litr həcmdə) və ayaq (12+12 litr həcmli) vannalardan istifadə edilərək, təyin edilmişdir. Naftalan balzamı  ilə vannalar 0,25 q/l nisbətdə hazırlanmışdır. Xəstələr gündəlik olmaqla 15 dəqiqə ərzində 10 vanna qəbul etmişlər. Bu müalicələrlə yanaşı 2 qrup üzrə xəstələrə massaj (№10), müalicəvi bədən tərbiyəsi  (№ 10) təyin edilmişdir.

Müalicənin sonunda iltihabın kliniki əlamətlərinin dinamikası I qrup üzrə pozitiv olmuşdur. 61,3% xəstələrdə müalicənin 3 və 5–ci günündən artralgiya və periartikulyar şişkinliyin azalması müşahidə edilmişdir. Hər 2 qrup üzrə öyrənilən kliniki göstəricilərin  dinamikası müsbət olmuşdur. Müalicənin sonunda xəstələrdə ağrı sindromunun, şişkinliyinin, oynaqlarda hərəkət məhdudluğunun azalması müşahidə edilmişdir.  Daha yüksək kliniki-funksional pozitiv dinamika I-ci qrupda aşkarlanmışdır; ağrı (balla) 3,94±0,11-dən 1,85±0,3-dək (p< 0,001) və 3,81±0.19-dan  1,72±0.18-dək  (II-ci qrupa nisbətdə  (p<0,01) azalmışdır (cəd.1).

Analoji dəyişikliklər  şişkinlik indeksində də (Riçiyə görə) I qrupda 2,3, II qrupda 1,5 azalması müşahidə edilmişdir. Oynaq sindromunun azalması “naftalan yağı” ilə fonoforez qəbul edən I qrup xəstələrdə  özünü daha qabarıq şəkildə biruzə vermişdir. Göstərilən iltihabəleyhinə effekt SRZ-in azalmasında da təsdiqlən-mişdir. Belə ki, xəstələrin 72,2%-də SRZ-in normallaşması müşahidə olunur. EÇS-in -1%. (p<0,05) azalması və RF titrinin enməsi təyin olunan müalicə metodunun iltihabəleyhinə effektinə dəlalət edir.

Cədvəl 1
Müalicə üsullarının RA-xəstələrin kliniki göstəricilərinə təsiri  (M±m)

  Klinik göstəricilər I qrup (n+20)

Naftalan balzamı vannaları

II qrup (n+13)

Adi su vannaları (nəzarət qrupu)

əvvəl sonra P əvvəl sonra P
Ağrı sindromu 3,88±0,10 1,2±0,11 p<0,05 3,85±0,15 1,8±0,17 p>0,1
Səhər əzginliyi  (ball) 1,33±0,02 0,58±0,03 p<0,01 1,35±0,04 1,7±0,05 p>0,5
Zədələnmiş oynaqların sayı 2,1±0,13 2,1±0,13 p<0,5 3,92±0,11 2,1±0,02 p>0,5
Oynaqların hərəkət am-plitudasının pozğunluğu 1,5±0,07 1,98±0,01 p<0,001 2,78±0,09 1,7±0,08p p>0,1

Eyni zamanda xəstələrdə qəbul edilən müalicə metodlarına qarşı oynaq sindromunun  təzahürlərindən asılı olaraq cavab reaksiyaları müşahidə edilmişdir. İltihabi prosesin I-ci və II-ci aktivlik dərəcəsi müşahidə olunan xəstələrdə hər bir I qrup üzrə müalicənin sonunda bir istiqamətli pozitiv nəticələr əldə olunmuşdur. III-cü dərəcəli aktivlikdə olan xəstələrdə isə I-ci qrup üzrə 20 xəstədən 3-də; II-ci qrup üzrə 13 xəstədən 4-də artralgiyanın artması ilə müşayət olunan balneoreaksiya müşahidə edilmişdir. Müalicənin sonunadək I-ci qrupda balneoreaksiya aradan qalxmış, II-ci qrupda isə 5 xəstədən 4 nəfərində davamlı olmuşdur.

Naftalan balzamı toxumalara müsbət təsir göstərmişdir. Buna uyğun olaraq, oynaq hərəkətlərinin məhdudluğu azalmışdır. Səhər əzginliyinin davametmə müddəti I-ci qrupda 1,27±0,03-dən 0,58±0,02-dək (p<0,001); II-ci qrupda 2,3±0,2-dən 0,52±0,08-dək (p<0,05) azalmışdır. Nəticədə oynaqlarda hərəkətin həcmi I-ci qripda 67%, II-ci qrupda  51% yüksəlmişdir. II–ci qrupa daxil olan 13 RA xəstə-dən minimal aktivlikli 5 nəfərində ağrıların intensivliyi, bəzi oynaqlarda şişkinliyin azlaması müşahidə olunmuşdur. 8 nəfər xəstədə isə müalicənin sonunadək heç bir dəyişiklik baş verməmişdir. Cədvəldə göründüyü kimi, bu qrupda ağrı intensivliyi (p<0,1) və səhər əzginliyinin davametmə müddətinin (p <0,5) azalması tenden-siyası müşahidə edilmişdir. Funksional sınaqlar və laborator göstəricilərdə pozitiv dinamika izlənilmişdir. Beləliklə, aparılan müalicələrin kliniki effektliyinin müqayisəli öyrənilməsi  I qrup xəstələrdə daha yüksək olduğunu göstərir (88%).

I və II qrup xəstələrdə aparılan immunoloji göstəricilərin analizi minimal və orta aktivlikli RA xəstələrdə müalicə nəticəsində iimmunoloji mexanizmlərin fəaliyyətinin aşağı enməsini şərtləndirir. Belə ki, JgG miqdarı qanda  18,2±20,7 q/l-dən  17,8± 0,5 q/l-dək (p< 0,05) və JgM müvafiq olaraq  1,88± 0,4-dən  1,28±   0,22 q/l-dək  (p< 0,5) azalmışdır (şəkil 1,2).

Şəkil 1. Revmatoid artritli xəstələrin humoral immunitetinə naftalan balzamının  təsiri (M±m) (Iqrup. N=20) p< 0,05, p< 0,01, p< 0,001

Lipidlərin H2O2 ilə peroksidləşməsi məhsulları və qanın reoloji xüsusiy-yətlərinin dinamikada tədqiqi göstərdi ki, minimal və yüksək aktivlikli RA xəstələrdə stasionara qəbul olunarkən qanda MDA-nın miqdarı normaya nisbətən 1,6 dəfə yüksəkdir. Buna uyğun olaraq, bütün xəstələrdə eritrositlərin aqreqa-siyasının azalması, hemotokritin minimal aktivlikli RA xəstələrdə yüksəlməsi müəyyən edilmişdir. Qanın özlülüyünün göstəricisi aktivlik dərəcəsindən asılı olaraq, bütün xəstələrdə yüksək olmuşdur. Qeyd etmək lazımdır ki, SRZ-nin yüksək olduğu bütün hallar qanda MDA-nın  yüksəlməsi ilə müşayiət olunmuşdur.

Şəkil 2. Revmatoid artritli xəstələrin humoral immunitetinə naftalan balzamının  təsiri. (M±m) (II qrup, n=13) p<0,05-, p<0,01, p<0,001

I qrupda naftalan balzamı ilə hazırlanan yerli vannalar qəbul edən  20 xəstədən 18-də  kliniki yaxşılaşma müşahidə edilmişdir. 1 xəstədə II proseduradan sonra oynaq ağrılarının artması ilə əlaqədar olaraq prosedurlar ləğv edilərək  medikamentoz müalicə təyin olunmuşdur. 1 nəfər xəstədə isə balneoreaksiya fonunda müalicənin əvvəlində ağrıların nisbətən artması baş vermiş, lakin bu əlamətlər müalicənin sonunadək aradan götürülmüşdür. Ağrıların intensivliyi, səhər əzginliyi, oynaqlarda  hərəkət həcmini əks etdirən  göstəricilərdə subyektiv müsbət dinamika müşahidə edilmişdir. Göstəricilər statistik dürüst şəkildə dəyişmişdir (şəkil 3). Bu qrupa daxil olan xəstələrdə müalicə fonunda iltihabın kəskin faza  göstəriciləri EÇS 39%-ə (p<0,05), S-reaktiv zülalın  konsentrasiyası 42%-dək  (p<0,05) azalmışdır.

Şəkil 3. Aparılan müalicə üsulların lipidlərin peroksidləşmə  və qanın reoloji göstəricilərinin  dinamikasına təsiri (M±m) (II qrup, n=13, adi su vannaları)  p<0,1-, (p>0,5, p>0,5, p>0,1)

Şəkil 3-də göründüyü kimi, RA  xəstələrdə LPO intensivliyi normadan  yük-səkdir. Bu  isə RA xəstələrdə orqanizmin antioksidant müdafiəsinin çatmamaz-liğını əks etdirən amillərdəndir. Müalicədən sonra RA  xəstələrdə  MDA səviyyəsi 29% p<0,01 aşağı  enərək,  normaya yaxınlaşmışdır. Eyni zamanda hemotoloji göstəricilər  də müalicənin təsiri altında normaya doğru  aşağı enmişdir.

II qrupa daxil olan  13 xəstədən minimal aktivlikli yalnız 3 xəstədə ayrı-ayrı oynaqlarda şişkinlik və ağrının nəzərə çarpacaq dərəcədə azalması müşahidə  edilmişdir.

Cədvəldən göründüyü kimi “nəzarət qrupunda” funksional sınaqların  pozitiv dəyişiklikləri müəyyən edilməmişdir.  Nəzarət qrupunda immun  sistem göstəri-cilərindən yalnız DİK və JgM-də nisbi azalma  tendensiyası aşkar edilmişdir, hemoreoloji göstəricilərdə də dürüst pozitiv dinamika izlənil-məmişdir.

Beləliklə, naftalan balzamı ilə yerli vannaların RA xəstələrdə tətbiqi xəs-tələrin əksəriyyətində  kliniki yaxşılaşmaya səbəb olur. İmmunoloji statusa, iltihabın kəskin faza göstəricilərinə, qanın  reoloji xüsusiyyətlərinə, LPO sistemi intensivliyinə korreksiyaedici təsir göstərir. Əldə olunan  nəticələr göstərir ki,  revmatoid artritli xəstələrdə  tətbiq olunan  naftalan balzamının  oynaq sindromu və  ayrı-ayrı sistem təzahürlərinə müsbət təsiri  naftalan neftinin yeni prepa-ratlarının  patoloji  prosesə çoxşaxəli  təsirinin bir hissəsini özündə  cəmləşdirir.

ƏDƏBİYYAT

  1. Abbasov V.M., Musayev Ə.V., İsmayilova G.Ə. – Naftalan nefti və onun naften karbohidrogenləri, Bakı, 1998, 120 s.
  2. Абезгауз И.М. – Химический состав нафталанской нефти. Тез. Науч. Докл. Юбилей.сесии.посв. 25-летию института им. Кирова. Баку, 1945, 7 стр.
  3. Гулиева С.А. – Уникальная лечебная нафталанская нефть, Баку 1981, 252 с.
  4. Кулиев А.Х. – Нафталан и методике его лечебного  применения Баку 1973, 360 с.
  5. Кулиев А.Х. – Методики применения нафталана. В кн: Материалы Республиканской научной  конференции  по  нафталану. Баку 1982, с.3-13
  6. Насонова В.А., Бунчук И.В. – Ревматические болезни Москва, Издательство  «Медицина», 1997, с. 257-293
  7. Рекомендации по организации лечебного процесса и оценка эффективности санаторно-курортного лечения больных РА. Сочи 1983
  8. Салманов М.М. – Лечебное применение нафталанской нефти при ревматоидном артрите  Дисс. И м. науч. Москва, 1983
  9. Улащик В.С.- Нанотехнологии и наночастицы в физиотерапии: Взгляд на проблему, физиотерапия, балнеология, реабилитация, М -2009, 4, с. 3-11
  10. В.П.Павлов, В.А.Насонова – 2010, Ревмоартопедия с. 25-30
  11. Almanos Y. Drosos A. – Epidemiology of adult rheumatoid arthritis. Autoimmun Rev. 2005, – №4, p.130-136
  12. Costeubader K.H., Feskanich D. – Smoking intensity, duration and cessation, and the risk of rhematoid artritis of women 2020, p.503
  13. Drosos A. Epidemiology of rhematoid artritis 2018, №3. P 20-22
  14. Syummons D., Banelt E., Bankhead C. Et al. –The occurence of rhematoid artritis in the United Kingdom resuls from the Norfolk Artrites Register. Br.I. Rhematol 2018, №33, p.735-738
  15. Turesson C, O.Fallon W, Gronson C et.al. Extra articular disease manifecta tions in rheumatoid arthritis:incidence trends and rist fastors over 46 years //Ann Rheum Dis 2003, №62-p 722-727
  16. Shellekens G, Visser H, de Zong B. Et al. The diagnostic properties rheumatoid arthrits antibodies recognizing a cyclic cirtillinated peptide //Arthritis Rheum 2000, №43, p 155-163
  17. Arend P.Physiology of cyfokie pathways in rhenmatoidy of cyfokine pathways in rheumatoid artiritis (Arthritis Rheun. 2012 №45, p101-106
  18. Firestein G.S. Evaliving concepts of rhematoid artrites (Nature 2006. №423, p 356-361)

T.f.d. Kərimova S.S.
Tel., +994503112011
kerimovasevinc@mail.ru
Resenzent, T.e.d. Hüseynova S.Q.