DAXİL OLUB 22.06.2021. Səh. 24-34
İbrahimov R.N.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Bakı
Açar sözlər: vərəm, sümük-oynaq vərəmi, diaqnostika üsulları, Quantiferon testi, PZR testi.
SUMMARY
MODERN DIAGNOSIS OF BONE-JOINT TB
Ibrahimov R.N.
Scientific Research Institute of Lung Diseases, Baku
In the last 3 years, in 361 patients examined by İnstitute of Pulmonary Diseases, 93.1% of patients with osteoarthritis were not diagnosed with tuberculosis mycobacteria.
In 17.5% of these patients, non-tuberculosis and in 68.1% of cases, tuberculous joint disease of tuberculosis origin were detected. Thus, cytological and immunoenzymatic diagnostic tests Quantiferon play an important role in detecting the TB process. In the early stages of the disease, PCR examination of surgical and biopsy material, quantiferon test and X-ray examination (MRI) played a key role in early diagnosis.
Keywords: tuberculosis, musculoskeletal tuberculosis, diagnostic methods, Quantiferon test, PCR test.
РЕЗЮМЕ
Современная диагностика костно-суставного туберкулеза
НИИ Пульмонологии, Баку
В период с 2017 по 2019 год в НИИ ЛЗ под наблюдением находилось 361 больных для ранней диагностики и лечения костно суставного туберкулеза. Давность заболевания составляла от одного месяца до 3 лет. Возраст обследованных колебался от 18 до 73 лет. Критерием диагноза было характерные симптомы, анамнез, лабораторные, лучевые признаки и положительная туберкулиновая проба. Постановка диагноза проводилось с применением дополнительных биохимических, иммунологических, бактериологических, гистологических и других исследований.
Таким образом, проведение исследования показало, что из 361 больных у 93,1% МБТ не обнаружено на раннем этапе. На ранней диагностике костно-суставного туберкулеза решающую роль играли тест Куантиферон, ПЦР исследования биопсионного материала и МРТ исследования.
Ключевые слова: туберкулез, туберкулез опорно-двигательного аппарата, методы диагностики, квантифероновый тест, ПЦР-тест.
Sümük – oynaqlarin iltihabi xəstəliklərinin etiologiyasinda vərəm və qeyri vərəm (stofilokokk, bruselloz, streptokokk, bağırsaq çöpləri, siflis və s.) infeksiyası əsas rol oynayır [1,5,7,8,9]. Sümük oynaqlarin iltihabi xəstəlikləri çox müxtəlif səbəblərdən yarana (zədələnmə, başqa orqan və toxumalarda olan iltihabi proseslər, immun sistemin zəifləməsi, cərrahi əməliyyatlar və s.) bilir ve erkən mərhələdə klinik əlamətlərin çox oxşar olması etioloji diaqnostikanı mürəkkəbləşdirir [2,5,6,7,10,11].
Tətqiqatın Məqsədi – anamnestik, kliniki – laborotor, tuberkulinodiaqnostika, , USM, KT, MRT, biopsiya мüаyinələrinə əsasən sümük oynaq vərəminin erkən aşkar edilməsidi.
Material və müayinə metodlari
Qoyulmuş məsələnin həlli üçün ET AXİ – da AKVS – də 2017 – 2019 illərdə 361 xəstə üzərində sümük oynaq vərəminin diaqnostika və müalicəsinin nəticələri araşdırılıb (cədvəl 1). Sümük oynaq vərəminin kliniki müayinəsi kompleks şəklində aparılıb. Xəstəliyin diaqnozunun dəqiqləşməsində və təyinində xarakterik əlamətlər, laborotor müayinələr, Mantu sınağı, Rayt Heddelson reaksiyası, kazoni reaksiyasi, Rentgen, KT, MRT, USM həlledici rol oynamışdır.
Cədvəl №1.
Yaşı | Xəstələrin sayı
I qrup II qrup |
18-20
21-30 31-40 41-50 51-60 61-74 |
42 9
49 13 55 18 57 11 57 8 38 4 |
Cəmi | 298 63 |
Bizim arasdirmada sümük oynaqlarin iltihabi xəstəliklərinin etiologiyasinda vərəm, qeyri vərəm (stofilokokk, bruselloz, streptokokk, bağırsaq siflis və s.) infeksiyası və şiş əsas rol oynamişdi (cədvəl № 2)
Cədvəl №2. Qruplar uzrə sumuk oynaq zədələnməsi
İl | I Qrup | II Qrup | |||
ounaq vərəmi | vərəm spondiliti | siflis | sis | osteomielit | |
2019 | 10 | 53 | – | 2 | 8 |
2018 | 27 | 87 | 1 | 4 | 20 |
2017 | 15 | 106 | – | 5 | 23 |
Cəmi | 52 | 246 | 1 | 11 | 51 |
Anamnezi toplayan zaman əsas diqqət: xəstəlik müddətinə, ümumi və lokal xarakterli şikayətlərə, kəskinləşmələrə, aparılan müalicəyə xüsusi fikir verilmişdir. 237 (65,7 %) xəstədə ağrıdan şikayet məhdud və vaxtaşırı şəkildə olmuşdur (diaqrama 1). Nisbi sakitlik zamanı bu ağrılar sakitləşmişdir, 124-də (34,4 %) isə intensiv ağrılar müşahidə olmuşdur.
Diaqram №1. Klinik əlamətlər
127 (35,2%) xəstədə nevroloji pozğunluqlar qeydə alınmışdır (diaqrama № 2).
Diaqram №2.
Müxtəlif intoksikasiya simptomları birinci qrupdan 191 (52,9%) xəstədə: ümumi zəiflik, tərləmə, hərarətin yüksəlməsi (37-38), iştahsızlıq (diaqrama №3). İkinci qrupda isə 49-də (13,6%) yüksək hərarət (39-40) və intoksikasiya əlamətləri təyin edilmişdir (diaqrama № 4).
Anamnezə, kliniki – laborotor, Rentqen, USM, KT, MRT əsasən xəstəlik müddəti və prosesin fazası təyin edilmişdir.
Diaqram №3. I qrup Diaqram 4. II Qrup
Hemoqrammada aşağıdakı dəyişiklər aşkar edilmişdir: anemiya, zəif leykositoz, leykoformulanın sola meylliyi, EÇS artması müşahidə olunub (diaqrama №5).
Diaqram №5. Hemoqrammada olan dəyişikliklər
Vərəmə görə immunoloji müayinələr birinci qrupda 136 (37,7%) xəstədə müsbət, 71(19,7%) şübhəli, 91 (25,2%) mənfi olmuşdur (diaqrama №6). Ikinci qrupda isə 11(3,1) xəstədə müsbət, 14 (3,9%) şübhəlı, 38(10,5%) mənfi olmuşdur Diaqrama 7). Mantu sınağı 209 (57,9%) xəstədə müsbət, 27 (7,5%) nəfərdə şübhəli, 62 (17,2%) xəstədə mənfi olub.
Diaqram №6. I qrupda imunoloji və tuberkulin muayinəsi
Diaqram №7. II qrupda imuoloji və tuberkulin muayinəsi
Diaqram №8. Qanda molekulyar genetik muayinə (PZR)
Diaqramma №9. Əməliyat materiallarinin molekulyar genetik muayinər (PZR)
Diaqram №10. Əməliyat materialinin bakterioloji muayinesi.
Diaqram №11. Əməliyat materialının sitoloji muayinəsi
Diaqram №12. İmmunofermentativ muayinə (Quantiferon)
Vərəm xəstələri ilə kontakt birinci qrupdan 81 (22,4%), ikinci qrupda 11 (3,1%) xəstədə qeydə alınmışdır. Qanda vərəm mikobakterialari 11(3,1%) PZR müsbet (diaqrama 7), 98 (27,2) xəstədə mənfi olub. Əməliyat materialinin PZR müayinəsi 17 xəstədən 17 (100%) müsbət olmuşdu (diaqrama 9).
Əmıliyat materiallarinin bakterioloji muayinəsində birinci qrupda 8(11,8%) musbət, 60 (88,2%) xəstədə mənfi, ikinci qrupun 100% mənfi olub (diaqrama 10).
Əməliyat materialinin citoloji muayinəsində İ qrupda 54 (79,4%) musbət, 14 (20.6%) mənfi olub. İkinci qrupda ise 18 (30,5%) musbət, 41 (69,5%) mənfi muşahidə edilib (diaqrama 10)
Quantiferon testi birinci qrupda 73 xəstədən 70 müsbət (95,8%), 3 (4,1%) şübhəli, 8 (7,8%) mənfi olub. İkinci qrupda 42xəstədən 4 (9,5%) şübhəli, 38 (90,5%) mənfi olub (diaqrama 12) .
124 (34,4%) xəstədə (I qrup) produktiv irinli iltihabi komponent, 174-də (48,2%) irinli eksudativ proses askar edilərək 20 ml-dən 2,4 litrə kimi abses aşkar edilmişdir.
162 (44,9%) xəstədə spesifik prosesə başqa orqanlarda da rast gəlinmişdir: 19 (5,3%) xəstədə diz oynağının vərəminə, 5-də (1,4%) böyrəklərin,5-də abdominal (1,4%), 35 xəstədə (9,7%) periferik limfa vəzilərinin vərəmi, 62 (17.2%) ağciyər vərəmi aşkar edilmişdir.
Xroniki boyrek catmamazliqi olub dializ olunan xestelerin 2 de vərəm spondiliti (0,6%), onurqanin osteomielitine 17 (4,7%) müşahidə edilmişdi. Prosesin lokalizasiyasi 4 (1,2%) boyun, 61 (24,8%) xəstədə döş, 81(32,9%) xəstədə döş-bel, 85 (35,6%) xəstədə bel,15 (6,1%) xəstədə isə bel-oma nahiyyəsində aşkar edilmişdir. Araşdırma aparılan 36 (14,7% ) ağ ciyərlərin ocaqlı vərəmi, 15 (6,1% ) infiltrativ, 3(1,1% ) kavernoz , 3 (1,1% ) xəstədə isə ağ ciyərlərin səpələnmiş klinik forması aşkar edilmişdir. Bu xəstələrdən 22 (8,9% ) xəstədə funksional tənəffüs pozğunluğu təyin edilmişdir.
Qeyd etdiyimiz kimi 35xəstədə (9,7%) periferik limfa vəzilərinin vərəmi təyin edilmişdir. Ədəbiyyatda AKV arasıda 35% hallarda vərəm limfadeniti təşkil edir. Daha cox boyun, körpücüküstü limfa vəzilərinin zədələnməsinə təsadüf olunur. Bunlarla yanaşı qasıq, qoltuqaltı, döşdaxili, mediastinal və mezenterial limfa vəzileri də zədələnir. Eyni anda 6 xəstədə bir necə qrup limfa vəziləri də vərəm prosesine qoşulmuşdur. Öz genezinə görə əksər xəstələrdə 32 birincili vərəm prosesi , ancaq 4 xəstədə ikincili vərəm prosesinə də təsadüf edilmişdir. Bu hallara adətən başqa orqanların vərəminin kəskinləşməsi zamanı təsadüf edildiyindən bu 4 xəstədədə aöciyər vərəminin və vərəm spondilitinin kəskinləşməsi zamani müşahidə edilmişdir. Limfa vəzileri orqanizmde mikobakteriyaların deposu rolunu oynadiğindan prosesin disseminasiya və residivində mənbə rolu oynayir. 7 xəstədə vərəm mikobakteriyaları limfa vəzilərində şorabənzər nekroz şəklində kapsullaşaraq qalması onun virulentliyinin itmesi ilə deyil orqanizmin immun sisteminin yəni mudafiə qabiliyetinin yuksək olması ilə əlaqədar olduğu aşkar edildi.
Əməliyyat olunan xəstələrə əməliyyat önü və sonrakı dövrdə antibakterial, patogenetik və dehidratasion müalicə aparılmışdır. Ikinci qrupda xəstəlik müddəti 1 aydan bir ilə kimi olan 42 (66,6%) xəstədə qeyri spesifik mənşəli spondilit,6 (9,5%) bud canaq oynağinin, 4 (6,4%)diz oynağninin, bir xəstədə (1,6%) aşq baldir oynağinin artriti aşar edilib. 11 (17,5%) xəstədə şiş müşahidə edilmişdi. Bu 11 xəstənin 3 də mielom xəstəliyi təyin edildi. Araşdırmalar zamanı prosesin 16 (25,4%) bruselloz, 5 (7,9%) stafilokokk, 3(4,7%) streptokokk, 2 (3,1%) ekinokokkoz, bir xəstədə (1,6%) siflis mənşəli olması aydınlaşmışdır. Qalan 25 (39,7%) xəstədə prosesin etiologiyasını aşkar etmək mümkün olmamışdı.
Apardığımız tədqiqat nəticəsində aydın olur ki, sümük oynaq vərəminin diaqnostikasi qeyri spesifik iltihabi proseslerlə, şiş, exinokok, brüselyoz, Bexteryev və s. xəstıliklərlə aparilmalidi. Prosesin erken dövründə “əkinti mikroflora kulturunun” kasadliği prosesin mənşəyini aşkar etməyə cətinlik yaradir və vərəm mikobakteriyalari eksər hallarda aşkar edilmir.
Son 3 ildə ET AXİ müayinə olunmuş 361 xəstədə sümük oynaq vərəmi xəstələrin 93,1% diaqnozun təyinində vərəm mikobakterialari aşkar edilmir ET ACXİ müraciət eden xətələrin 17,5% qeyri vərəm, 68,1% hallarda vərəm mənşəli sümük oynaq vərəmi aşkar edilib.
Beləlikə, Vərəm prosesini aşkar edilməsində citoloji və imunofermentativ diaqnostik test:- quantiferon mühüm rol oynayir. Xəstəliyin erkən dovrundə əməliyat və biopsiya materialinin PZR muayinəsi, kuantiferon testi və şüa müayinəsi (MRT) erkən diaqnostikada əsas rol oynayib.
ƏDƏBİYYAT
- Вердиев В.Г., Ибрагимов Р.Н., Ибрагимова Н.М. Хирургическое лечение туберкулезного спондилита и его последствий / Материалы VII Российского съезда фтизиатров. М., 2003, с.181
- Р.Н. Ибрагимов, В.Г. Вердиев. Современные методы диагностика и лечения туберкулезного спондилита. Azərbaycan tibb jurnali. Baki, 3.2004 səh.137-141
- Р.Н. Ибрагимов, В.Г. Вердиев.- эффэктивность раннего хирургического лечения туберкулезного спондилита- Ш Евразийский конгресс травматологов-ортопедов. Рим, Италия, 20-21 мая 2012г., стр. 44-45
- Ибрагимов Р.Н. Роль магнитно- резонансной номографии в ранней диагностике и эффективном радикально-восстановительном хирургическом лечении туберкулезного спондилита: Автореф. дисс. … к.м.н. Баку 2007
- İbrahimov R.N. Məhərrəmova R. Ağciyər vərəmi ilə yanaşi gedən vərəm spondilitinin cərrahi müalicəsi. Vərəm və ağciyər xəstəlikləri üzrə V beynəlxalq elmi-praktik konfrans.Baki 2011, səh.71
- İbrahimov R.N. Məhərrəmova R. yeniyetmələrdə vərəm spondilitinin erkən cərrahi müalicəsinin uzaq nəticələri. Vərəm və ağciyər xəstəlikləri üzrə V beynəlxalq elmi-praktik konfrans.Baki 2011, Səh.72
- Verdiyev V.Q., İbrahimov R.N., Verdiyev F.V. Spondilitlərin differensial diaqnostikasi və müalicə prinsipləri.Azərbaycan travmatoloq və ortopedlərin İ qurultayinin materiallari. Baki iyun 2014, səh.119-124
- Дорофеев Л.А.Роль костного мозга в компонентной пластике и его применение при переднем спондилодезе: Автореф.дисс. к.м.н.СПб.,1996, 16с.
- Məmmədbəyov E.N., Verdiyev V.Q., İbrahimov R.N.- Vərəm spondiliti,-Bakı, 2012
- Олейник В.В., Гусева В.Н., Беллендир Э.Н. Восстановление опороспособности позвоночника у больных туберкулезным спондилитом // Проблемы туберкулеза и болезней, 2006, № 11, с.38-43
- 11.Benli I., Alanay A., Akalin S. et al. Comparison of anterior instrumentation systems and the results of minimum 5 years follow-up in the treatment of tuberculosis spondylitis // Kobe J Med Sci., 2004, v. 50, No 5-6, p. 167-180
T.f.d. Rəşid İbrahimov
Tel, +994508280674
monografiya@mail.ru