Menu Close

Osteoporotik artropatiyalar

DIAQNOSTIKASI VƏ MÜALICƏSINƏ ETIOPATOQENETIK  ORTOPEDIK YANAŞMA.

ОСТЕОПОРОТИЧЕСКИЕ АРТРОПАТИИ. ЭТИОПАТОГЕНЕТИЧЕСКИЙ И ОРТОПЕДИЧЕСКИЙ ПОДХОД К ДИАГНОСТИКЕ И ЛЕЧЕНИЮ.

OSTEOPOROTIC ARTHROPATHY. ETIOPATHOGENETIC AND ORTHOPEDIC APPROACH TO DIAGNOSIS AND TREATMENT.

Yaşar R.Cəlilov (Yashar R.Jalilov)
AR SN Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutu, PHŞ, Bakı

Osteoartrit (Artroz) birincili və ikincili ola bilər. Xəstəliyin inkişafının səbəbi müəyyən edilməmişdirsə, bu cür artroz adətən birincili və ya idiopatik adlanır.  İkincili  osteoartritin aydın səbəbi var:- posttravmatik, metabolik pozuntular və endokrin xəstəliklər zamanı əmələ gələn degenerativ-nekrotik proseslərin nəticəsi olaraq inkişaf edir ( bud sümüyü başının aseptik nekrozu-Pertes xəstəliyi; diz oynağında disseksiya edən osteoxondrit (Koenig xəstəliyi);  iltihab prosesinin nəticəsi (oynağın irinli iltihabı, revmatoid artrit, sistemik qırmızı qurd şənəyi, vərəm).

Material və Metodlar. Bu məlumat I-II dərəcəli  qonartrozu (328 nəfər) və koksartrozu (176 nəfər)  olan xəstələrin müayinə və müalicəsinin nəticələrinin analizi əsasında hazırlanıb. Xəstələrə rəqəmsal rentgen,MRT, kliniki, laborator və densitometriya müayinələri aparılmışdır. Müalicə prosesinin davamında nəzarət və müqayisə üçün hər 8-12 ay müddətində rentgen və densitometriya müayinələri təkrarlanmışdır. Xəstələrdə oynaq  xəstəliklərinin  bəzi  ümumi simptomları:- ağrı, oynaqlarda hərəkətin məhdudlaşması, yerli və ümumi hərarətin bəzən artması müşahidə edilmişdir.

Müzakirə: Xəstələrdə osteoartritin I-II inkişaf mərhələsi müşahidə edilmişdir (Osteoartrozun  Kellgren-Lawrence rentgen təsnifatına əsasən I-II-III dərəcə). Aparılan  müayinələr xəstələrin əksəriyyətində osteoporoz, artıq bədən çəkisi,  endokrin balansının pozulması (postmenopozal, idiopatik), metabolik pozuntularlar, sümük və  oynaqların inkişafının anadangəlmə pozuntuları (displaziya)  aşkar edilmişdir. Aparilan müayinələrin nəticələri göstərir ki  osteoartritin başlanğıc mərhələlərində xəstələrin əksəriyyətində sümüklərdə mineral sıxlığın azalması aşkarlanır. Osteoartritik proseslər bü xəstələrdə əsasən ağrıların əmələ gəlməsi ilə başlanır. Rentgenoloji müayinələr oynaq sümüklərində heç bir destruksiya əlamətləri göstərmir. Bu hallarda kliniki müayinədə, oynağın anatomik quruluşunda olan pozuntular (varus, valqus tip dəyişikliklər) həkimin diqqətini çəkməlidir və daha dərin diaqnostika edilməlidir. Xəstələrə hormonal və metabolik pozuntuları korreksiya edən konservativ müalicələr aparılmışdır. Bundan başqa oynağın anatomik vəziyyətini yaxşılaşdıran və yükünü azaldan ortopedik vəsaitlər tətbiq edilmişdir. Nəticələr 256 qonartrozlu və 82 nəfər koksartrozu olan xəstələrdə 1-5 il izlənmişdir. Bunlardan 76,5% xəstədə ağrı sindromu aşkar formada azalmış və ya tam ləğv olmuşdur. Xəstələrin yerişi və fiziki aktivliyi xeyli yaxşılaşmışdır.

Nəticələr. Aparilan müayinələrin nəticələri göstərir ki  osteoartritin başlanğıc mərhələlərində xəstələrin əksəriyyətində sümüklərdə mineral sıxlığın azalması aşkarlanır. Bundan başqa  müayinələr xəstələrin xeyli hissəsində  artıq bədən çəkisi,  endokrin balansının pozulması (postmenopozal, idiopatik), sümük və  oynaqların inkişafının anadangəlmə pozuntuları (displaziya)  aşkar edilmişdir.  Xəstələrə hormonal və metabolik pozuntuları korreksiya edən konservativ müalicələr aparılmalıdır. Bundan başqa oynağın anatomik vəziyyətini yaxşılaşdıran və yükünü azaldan ortopedik vəsaitlər tətbiq edilməlidirdir.