Menu Close

BUD SÜMÜYÜNÜN PROKSİMAL HİSSƏSİNİN XOŞXASSƏLİ ŞİŞ, ŞİŞƏBƏNZƏR XƏSTƏLİKLƏRİNƏ VƏ DİSPLAZİYALARINA CƏRRAHİ YANAŞMA

F.V.VERDİYEV, M.R.YUSİFOV
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Bakı
Açar sözlər: xoşxassəli şiş, şişəbənzər xəstəliklər, displaziyalar, bud sümüyü, törəmə, ortopediya, cərrahiyyə.

РЕЗЮМЕ
ХИРУРГИЧКИЙ ПОДХОД К ДОБРОКАЧЕСТВЕННЫМ ОПУХОЛЯМ,ОПУХОЛЕПОДОБНЫМ ЗАБОЛЕВАНИЯМ КОСТЕЙ И ДИСПЛАЗИЯМ ПРОКСИМАЛЬНОГО ОТДЕЛА БЕДРЕННОЙ КОСТИ
Ф.В.ВЕРДИЕВ, М.Р.ЮСИФОВ
Научно-исследовательский институт Травматологии и Ортопедии, Баку

В этой рaботе представлены методы лечения, хирургические особенности и клинические результаты лечения 163 пациентов с доброкачественными опухолями и дисплазиями проксимального отдела бедренной кости. Хирургические процедуры с применением различных имплантов, трансплантатов и хирургических методик были использованы в нашем отделении с хорошими клиническими результатами в большинстве случаев.

SUMMARY
SURGICAL MANAGEMENT OF PROXIMAL FEMUR BENIGN BONE TUMORS, TUMOR-LIKE LESIONS AND DYSPLASIAS
F.V.VERDİYEV, M.R.YUSİFOV
Scientific-research institute of Traumatology and Orthopaedics, Baku
In this paper we present the treatment modalities,surgical features, and clinical results of managent  of 163 patients with  proximal femur benign bone tumors and dysplasias. Surgical procedures with application of different implants, grafts and surgical technigies were used in our department with good clinical outcomes in the majority of cases

Giriş
Bud sümüyünün proksimal hissəsinin (BSPH) şiş, displaziya və şişəbənzər xəstəliklərin cərrahi müalicəsi bu nahiyənin anatomik özəlliklərini, aşağı ətrafın dayaq-hərəkət funksiyasında mühüm rol oynamasını, xəstəliklərin fərdi gedişatını və residivləri nəzərə alaraq  onkoortopedlərin diqqətini daha çox cəlb etməyə vadar edir. Bununla yanaşı BSPH şiş, displaziya və şişəbənzər xəstəliklərin diaqnostikasına və müalicəsinə həsr edilmiş tədqiqatlar azdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə BSPH xoşxassəli şiş və şişəbənzər proseslər (boyun, burmalar, burmalaraltı nahiyələr) 8-14 %, Dahlin – 8,6%, Şpilevski İ.E. həmmüəllif. -19 % təsadüf edirlər. Usaq və yeniyetmələrdə bu patalogiyaların daha çox rast gəlməsinə görə müalicənin əsas istiqaməti qoruyucu-bərpa xarakterli olmalıdır. Budun yuxarı 1/3-də qalın əzələ qatının olması kliniki simptomların xəstəliyin gecikmiş mərhələlərində aşkar olması erkən diaqnostikanı çətinləşdirir, bu da öz növbəsində müalicəni çətinləşdirərək nəticələrə də mənfı təsir göstərir. Bir çox xəstədə patoloji sınıqlar xəstəliklərin ilk simptomu olaraq ortaya çıxmaqdadır. Sonuncular osteosintezlə yanaşı sümük defektinin bərpası, patoloji ocağın aradan qaldırılması və xəstə sümüyün birləşməsi bu problemi mürəkkəbləşdirir.

Beləliklə, ədəbiyyat icmalı və bizim şəxsi təcrübəmiz onu göstərir ki, BSPH şiş və displaziyalarının erkən diaqnostikası, adekvat cərrahi müalicəsi, postrezeksion defektlərin plastikası, eyni zamanda qısalıq və deformasiyaların aradan qadırılması çox mürəkkəb, kifayətqədər öyrənilməmiş bir problemdir.

İşin məqsədi
Bud sümüyünün proksimal hissəsinin xoşxassəli şiş, şişəbənzər xəstəliklərin və displaziyaların lokalizasiyasını və patoloji prosesini nəzərə alaraq cərrahi müalicənin xüsusiyyətlərini müəyyən etmək.

Material və metodlar
Klinikamızda bu patologiyalı 163 xəstə müayinə və müalicə olunmuşdur. Onların cins və yaşa bölünməsi aşağıdakı qaydada olmuşdur: qadın cinsi – 70; kişi cinsi – 93; orta yaş hədləri müvafıq olaraq – 22 və 16 olmuşdur.Xəstələrin şöbədə kompleks müayinələrindən sonra aşağıdakı patologiyalar müəyyən edilmişdir: xoşxassəli şişlər – 88; şişəbənzər xəstəliklər – 66; metastatik şişlər – 9.Patohistoloji müayinə 120 xəstədə aparılmışdır: 37-də əməliyyatönü (trepan biopsiyası 28, açıq-14) və 99-də əməliyyatdan sonrakı material.

Kompleks müayinə nəticəsində dəqiqləşdirilmiş diaqnoza uyğun olaraq cərrahi taktika seçilmişdir və 165 müxtəlif cərrahi əməliyyatlar icra edilmişdir. Müxtəlif növ rezeksiyalar – 157; oynaq ucunun rezeksiyası endoprotezləşdirmə ilə – 4; KDO +kortikotomiya ilə – 4. Postrezeksion defekt 132 xəstədə keramik osteoapatit ilə; 14 xəstədə keramik osteoapatit + allo-sümük; 10 nəfərdə allo-plastika; 7 nəfərdə auto-sümük; 2 nəfərdə isə sümük sementindən istifadə edilmişdir. 22 xəstədə patoloji sınıq və yaxud coxa vara zamanı metal lövhələrdən istifadə edilmişdir.

Nəticələr
Cərrahi müalicənin yaxın (1 ilədək) nəticələri 49 (30,1%) xəstədə və uzaq (1il və yuxarı ) nəticələri 114(69,9%) nəfərdə mütəmadi olaraq əsasən kliniki-rentgenoloji üsullarla izlənilmişdir.Cərrahi üsulla müalicə olunan 163 xəstədən 135-də yaxşı, 24 gənayətbəxş,4 qeyri -qənaətbəxş nəticələr alınmışdır.Funksional nəticələrin dəyərləndirilməsi Enneking tərəfindən təsvir edilən və Əzələ-skelet Sistemi Şişləri Cəmiyyəti (Musculoskeletal Tumour Society- MSTS) tərəfindən təkmilləşdirilən  sistem üzrə aparılmışdır.Müalicə olunan 163 xəstədən 114-də əla nəticə (90% və yuxarı), 45-də yaxşı(70-90%) və  4-də qənaətbəxş (70% və aşağı) nəticələr alınmışdır.

Yekun
Beləliklə, BSPH-nin şiş və şişəbənzər xəstəlikləri çox müxtəlif və rəngarəngdir, xüsusən uşaqlarda ilkin diaqnozun müəyyən edilməsi çətinliklər törədir və ona görə belə xəstələrin ixtisaslaşmış müalicə ocaqlarında kompleks

müayinədən keçməsi məqsədəuyğundur. Qeyri-düzgün diaqnozla qeyri- adekvat müalicənin aparılması ciddi fəsadlara gətirib çıxara bilər.Patoloji sınıqlar zamanı travmatoloqların osteosintezlə bərabər onkoloji prinsiplərə riayət etməməsi uğursuz nəticələrə gətirəbilər.