Hörmətli oxucular!
Təsis etdiyimiz «AZƏRBAYCAN ORTOPEDİYASI – ORTHOPEDİCS OF AZERBAİJAN – ОРТОПЕДИЯ АЗЕРБАЙДЖАНА» onlayn internet jurnalın 3-cü nömrəsi dərc edildi. 2020-ci ildə COVİD-19 ilə əlaqədar bütün planlarımız alt-üst oldu. Bu bəla hələdə arta-arta dəvam edir və sonu da hələlik görünmür.
LAKİN 2020-Cİ İL HƏM DƏ 2-ci QARABAĞ MÜHARIBƏSİ-VƏTƏN MÜHARİBƏSİ İLİDİR. BU İL ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ AZƏRBAYCAN ORDUSU 30 İL DAVAM EDƏN İŞQALA –QARABAĞIMIZIN İŞQALINA, SON QOYDU. BU 44 GÜN DAVAM EDƏN MÜQƏDDƏS ZƏFƏR MÜCADİLƏSİNDƏ XALQIMIZ ÇOXSAYLI ŞƏHİD VERDİ.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
MƏN JURNALIN BAŞ REDAKTORU VƏ QARABAĞLI KİMİ BÜTÜN ŞƏHİDLƏMİMİZİN ANA VƏ ATALARI QARŞISINDA BAŞ ƏYİRƏM.
ÇOXSAYLI QAZİLƏRİMİZ VAR. RƏHBƏRLİK ETDİYİM AzETTOİ-nin ORTOPEDİYA ŞÖBƏSİ MÜHARİBƏNİN İLK GÜNÜNDƏN BU GÜNƏDƏK QAZILƏRİMİZİN MÜALİCƏSİNDƏ ƏN AKTİV FƏALİYYƏT GÖSTƏRİR.
Hörmətli oxucular həyat davam edir bizim isə tibbi fəaliyyətimiz fasiləsiz davam edir. Jurnalın işi Sizlərdən çox asılıdır. Azərbaycan Ortopediyasının inkişafı hamımızdan – travmatoloq–ortopedlərdən asılıdır. Gördüyünüz kimi 3-cü nömrəmizdə də xarici müəlliflərin yazıları üstünlük təşkil edir. Ümidvaram ki gələcək nömrələrdə bu tendensiya dəyişəcək və yerli müəlliflərin tətqiqatları üstünlük təşkil edəcək.
Baş Redaktor,
AzTOA Prezidenti, T.e.d.
Yaşar Rəftar oğlu Cəlilov