Jurnala MS Word- redaktor mətnində, A 4 formatında, şrift 14, 1.5 intervalında 8-10 səhifəyə qədər məqalələr qəbul edilir. Sahələr: 2 sm yuxarı, sağda və aşağıda, solda 3 sm.
Məqalədə aşağıdakı bölmələr olmalıdır: giriş, işin məqsədi, material və metodlar, müzakirə, yekun və ya nəticələr, biblioqrafik istinadlar (ədəbiyyat). Biblioqrafik istinadlar məqalənin tekstində rastgəlmə ardıcıllığı ilə nömrələnməlidir. Məqalədə biblioqrafik istinadların sayı 20-dən, ədəbiyyat icmallarında 50-dən artıq olmamalıdır.
- Məqalələrdə azərbaycan (Azərbaycan müəllifləri üçün), ingilis (Summary) və rus dillərində (bütün müəlliflər üçün) 200 sözdən çox olmamaq şərtilə bir rezüme olmalıdır;
- Məqalənin tam adı və müəlliflər böyük harflərlə yazılmalıdırdır. Növbəti sətrdə təşkilatın, şəhərin adını göstərilir;
- Bütün dəyərlər SI sistemində verilir. Terminlər – Xəstəliklərin X-cu Beynəlxalq Siniflandirilməsınə əsasən verilir;
- “Materiallar və Metodlar” bölməsinin sonunda müəllifin hansı statistik emal üsullarından istifadə etdiyi göstərilir. Orta dəyərlər M±m kimi verilir, burada M- arifmetik orta, m- isə ortanın standart xətasıdır. Məqalənin mətnində və cədvəllərdə etibarlılıq göstərilərkən p-nin tam qiymətinin (p<… yox, p=…) verilməsi məqsədəuyğundur. Korrelyasiya əmsalları yalnız onların statistik əhəmiyyətinin göstəricisi ilə verilməlidir, yəni. p dəyəri ilə. Məsələn, r=0,435; p=0,006. Statistic hesablamalarda EXCELL-2019, “power analysis”, p-value kimi proqramlardan istifadə edilə bilər.
- məqalələr resenziyadan keçirilir;
- məqalələr fayl kimi e-poçt ilə redaksiyaya göndərilir.